22 Avqust 2021 00:21
1128
Səhiyyə
A- A+

Ürəyin dərmanı

 

İnsan sağlamlığı üçün ən faydalı məhsullardan hesab edilən zeytun yağı A, D, K, E, F vitaminləri və polifenol maddələrlə zəngindir. Zeytun yağı tərkibindəki “Omeqa-3” yağlı turşular sayəsində damarları xolesterindən təmizləyir. Bu isə aterosklerozun, infarkt və insultun qarşısını alır.

Müxtəlif ölkələrdə keçirilən çoxsaylı araşdırmalar göstərib ki, hər gün zeytun yağı qəbul edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30 faiz azalır. Həmçinin bu məhsul orqanizmdə iltihabı azaldır, xərçəng xəstəliyinin qaşısını alır. Tibb mütəxəssisləri sağlamlığı qorumaq üçün hər gün 2 xörək qaşığı zeytun yağı qəbul etməyi tövsiyə edirlər. Zeytun yağı sərin və qaranlıq yerdə (soyuducuda yox) saxlanılmalıdır.

Həkimlər zeytun yağını ərzağın qızardılması üçün istifadə etməyi məsləhət görmürlər. Qızartma nəticəsində zeytun yağının bütün faydalı xüsusiyyətləri nəinki yox olur, əksinə, xərçəng xəstəliyi yaradan çox ziyanlı birləşmələr əmələ gətirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video