13:40 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Unudulmaz sənətkar Yaşar Nurinin xatirəsi yad olunub
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
18:13 06.09.2021

Sentyabrın 6-da Mədəniyyət Nazirliyinin kollektivi, tanınmış incəsənət nümayəndələri Xalq artisti Yaşar Nurinin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Hacı İsmayılov unudulmaz sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açılıb. “Biz Yaşar Nuri ilə teatrda birgə tamaşalarda çıxış etmişik. Biz onunla dost idik. Hamı onunla dostluq etmək istəyirdi”, - deyə H.İsmayılov vurğulayıb.

Bildirib ki, mərhumun həyat yoldaşı Rəhimə xanım, onun xəstə vaxtlarında ananın körpəsinə göstərdiyi qayğını yoldaşına göstərib. O qeyd edib ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman yad ediləcək.

Tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov deyib: “Yaşar Nuri teatr və kino sahəsində özünü peşəkar aktyor kimi təsdiqləyib. O, macar bəstəkarı İmrə Kalmanın “Silva” əsərini elə məharətlə oynayıb ki, heç kim onu səhnədə təkrar edə bilməz”.

Yaşar Nuri ilə tez-tez səhnəni bölüşən Əməkdar artist Əli Nur onunla bağlı xatirələrindən söz açıb. Tələbəlik vaxtlarını xatırlayan Ə.Nur bildirib ki, Yaşar Nuri bəxti gətirən bir insan olub. O, hələ tələbə və müəllimlər arasında sevilib sonradan bütün xalqın sevincini qazanıb. Allah-təala ona peşəkar və yaddaqalan aktyor olmaq üçün bütün keyfiyyətləri bəxş edib.

Mərhumun həyat yoldaşı Rəhimə xanım Yaşar Nurinin xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM