14 Oktyabr 2020 17:56
921
Təhsil
A- A+

UNEC-ə qəbul olan I kurs tələbələri üçün “Oriyentasiya günü” keçiriləcək

 
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC), eləcə də Zaqatala filialına qəbul olan I kurs tələbələri üçün oktyabrın 19-23-də "Oriyentasiya günü” təşkil olunacaq.

UNEC-dən AZƏRTAC- a bildirilib ki, görüşlərin təşkilində məqsəd birinci kurslara fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə kreditlərin miqdarı, sərbəst iş üçün yaradılan şərait, biliyin qiymətləndirilməsi, tələbə mobilliyi, tələbə həyatı və digər qaydalar haqqında məlumatların verilməsidir.

Oriyentasiyanın təşkili cədvəli tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Tələbələr "Oriyentasiya günü” ilə bağlı suallarını fakültə sənəd qəbulu komissiyasına ünvanlaya bilərlər.

Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, universitetə daxil olarkən qoruyucu vasitələrdən istifadə edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video