01 Dekabr 2011 03:12
426
SİYASƏT
A- A+

Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayından sonra qurumun birinci işçi iclası keçirilmişdir

 

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi aparatında konqresin noyabrın 25-də Moskvada keçirilmiş üçüncü qurultayından sonra birinci işçi iclası olmuşdur. İclasda konqresin gələcək fəaliyyəti, yaxın perspektivdə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, bir sıra səbəblərə görə qurumun üçüncü qurultayını çox mühüm tarixi hadisə adlandırmaq olar. O demişdir: "Əvvəla, qurultay Rusiya üçün  əlamətdar və bir çox mənada taleyüklü olan ictimai-siyasi  hadisələr, yəni bu il dekabrın 4-nə nəzərdə tutulmuş RF Dövlət Dumasına seçkilər və 2012-ci ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində olmuşdur. İkincisi, bu ilin iyulunda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilmişdir. Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının yaradılması siyasəti istiqamətində yaradılmış

ÜAK-ın təsis edilməsinin bu il 10 ili tamam olmuşdur. Həmin istiqamətin bundan sonra da davamlı və dinamik inkişafını özünün vətəndaşlıq borcu sayan Prezident İlham Əliyev ulu öndərin işini layiqincə davam etdirir".

Mikayıl Hüseynov xüsusi vurğulamışdır ki, çoxsaylı Azərbaycan diasporu ciddi elektoratdır və indiki halda Azərbaycan diasporunun nümayəndələrini parlament və prezident seçkilərinin keçirilməsinə  fəal qoşulmağa çağırmaq lazımdır. O qeyd etmişdir ki,  ÜAK  Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, habelə ölkəmizin dostluq və tərəfdaşlıq telləri ilə bağlı olduğu Rusiyanın indiki siyasi xəttini davam etdirən digər ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.

Konqresin qarşısında duran vəzifələrdən söz açan baş katib diasporun güclənməsi, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq  münasibətlərinin inkişafına dəstək göstərilməsinin, regional təşkilatların fəaliyyətinin, gənclərlə işin genişləndirilməsinin  vacibliyi məsələləri üzərində ətraflı dayanmışdır.

Onun fikrincə, Azərbaycan konqresi müasir tələblərə cavab verən  daha dinamik və hərəkətli təşkilat olmalı, həmçinin  Azərbaycan reallıqlarının, o cümlədən ÜAK-ın fəaliyyətinin təbliğinə dair səylərini artırmalıdır. Bununla əlaqədar olaraq, yerli KİV-lərlə  daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.   

 

Asya HacızadƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video