25 Oktyabr 2012 01:10
270
PARLAMENT
A- A+

Ukraynanın Azərbaycandakı səfiri Milli Məclisin deputatları ilə görüşmüşdür

 

Ukraynanın Azərbaycandakı səfirliyində səfir Aleksandr Mişşenkonun Azərbaycan parlamentinin deputatları ilə, o cümlədən Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Eldar İbrahimov başda olmaqla bu qrupun üzvləri, habelə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev başda olmaqla aparatın nümayəndələri ilə görüşü olmuşdur.

Bu tədbir 2012-ci il oktyabrın 28-də Ukrayna Ali Radasına  keçiriləcək seçkilərə, o cümlədən Ukrayna xalq deputatları seçkilərində Azərbaycan Milli Məclisinin deputatlarının müşahidəçilər qismində iştirakı məsələsinə həsr edilmişdir.

Görüşdə parlament seçkilərinə hazırlıq, Milli Məclisin deputatlarının Ukraynada seçki prosesində müşahidəçi kimi iştirakı məsələləri, habelə Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində növbəti addımlar müzakirə edilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video