07 Iyul 2014 02:07
332
Elm və texnika
A- A+

Ukraynada yaşayan azərbaycanlı alim mükafatlandırılmışdır

Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bu mükafata Ukrayna ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrə verdiyi töhfələrə görə layiq görülmüşdür.
1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycanın və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.
Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır. Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur. O, “Xalq Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video