16 Oktyabr 2021 21:48
823
PARLAMENT
A- A+

Ukrayna Cənubi Qafqazın lider dövləti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır 

 

Oktyabrın 16-da Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının qarşılıqlı parlamentlərarası dostluq qruplarının üzvləri arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkələrimiz arasında qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. O, ölkələrimiz arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, iqtisadi, humanitar, elm, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Rüfət Quliyev hər iki ölkədə sahibkarlığın inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında yüksək ticarət dövriyyəsindən məmnunluğunu ifadə edən deputat, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.

Əlaqələrimizin inkişafında parlamentlərin xüsusi rolundan bəhs edən işçi qrupunun rəhbəri diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın bir çox ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan deputatlarımızın qarşılıqlı görüşləri, müxtəlif məsələlərə dair aparılan fikir mübadiləsi çox önəmlidir.

Görüşdə çıxış edən deputat Cavid Osmanov ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb. Bu məsələdə Ukrayna dövləti və xalqının verdiyi dəstəyi yüksək qiymətləndirib. O, hazırda qələbənin ildönümü münasibəti ilə ölkə üzrə anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.

Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko səmimi görüşə görə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, ölkələri Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Qeyd edilib ki, münasibətlərin möhkəmlənməsində parlamentlər səviyyəsində əməkdaşlıq çox önəmlidir. Hər iki ölkənin qanunvericilik orqanları arasında təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsində parlamentlərarası dostluq qrupları əhəmiyyətli rol oynayır.

Görüşdə iştirak edən Ukrayna nümayəndə heyətinin üzvləri iki ölkə arasında iqtisadi, mədəni, humanitar, təhsil, elm və digər sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri, qarşılıqlı investisiya qoyuluşu və digər məsələlər barədə fikirlərini səsləndiriblər.

Söhbətin sonunda Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ukraynalı həmkarlarının suallarını cavablandırıb, qonaqları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Ali Radanın deputatları, Ukraynanın ölkəmizdəki səfirliyinin birinci katibi Evgen Osadçiy, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporunun” rəhbəri Hikmət Cavadov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video