27 Iyul 2021 14:44
991
Təhsil
A- A+

UFAZ-da ABŞ-ın Oklahoma Universitetinin nümayəndələri ilə görüş  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin direktoru Runar Niqard ilə görüş olub.

UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, ADNSU nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Neft və qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova iştirak ediblər.

Vazeh Əskərov ADNSU və Azərbaycan Fransız Universiteti barədə məlumat verib, UFAZ-ın tədris şəraitindən danışıb.

Gəncə Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana gəldiyini bildirən Runar Niqard bu istiqamətdə UFAZ təcrübəsinin onlar üçün faydalı olacağını deyib.

Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video