16 Sentyabr 2021 23:48
969
İDMAN
A- A+

UEFA Konfrans Liqası: “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib

 

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın hər iki hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edib.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.

“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.

Bu oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdardır. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxır.

Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında da qapılara qol vurulmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video