20:10 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TÜSİAB Fransa Milli Assambleyasının «erməni soyqırımını inkar» qanununu ifadə azadlığına zərbə kimi qiymətləndirir
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin 1915-ci il hadisələri ilə əlaqədar  səhv və yalan məlumatlarla dünyanı aldatma cəhdi son olaraq Fransa parlamentinin qəbul etdiyi  bir qanunla yenidən gündəmə gəldi. Türk milləti üçün acı nəticələrin bol olduğu o dövrləri israrla xatırlatmaq istəməyən erməni lobbisinin soyqırımı öz adlarına çıxardaraq dünyaya bəyan etmələrinə, tarixi həqiqətləri bilən dövlətlər, cəmiyyətlər və bu mövzunu araşdıran tarixçilər heç vaxt inanmamışlar. Lakin Fransa kimi bəzi ölkələrdə başda siyasi hesablar olmaq üzrə, mədəniyyət, inanc və sıx lobbi fəaliyyətləriylə meydana gələn təzyiq vasitəsi, insanlıq və tarix elmi adına utanılacaq bir vəziyyətdir və təəssüf ki, bu vəziyyət Fransanın bir dövlət olaraq hər il israrla gündəmində yer almaqdadır. Varlığına görə özlərinin müstəmləkəçilik siyasətlərinə borclu olan  Fransanın və Avropanın digər dövlətlərinin 1915-ci ildə dünyanın müxtəlif ölkələrində, o cümlədən də Türkiyədə baş vermiş hadisələrə qərəzli erməni gözü ilə baxışı və siyasi istifadə metodları əslində, hadisəyə utandırıcı münasibətin təzahürüdür. Əgər Fransa özünə bir soyqırım həqiqəti axtarırsa, əvvəlcə öz tarixinə nəzər salmalıdır!

"İraqda öldürülən 1,5 milyon insan ölməyə layiq olduğu üçün  ölmüşdür", - deyən Fransanın  Əlcəzairdə, Ruandada və bir çox Afrika ölkəsində həyata keçirdiyi  soyqırımlara "sivilizasiya" adını verməsi yumşaq təbirlə üzsüzlükdür. Həmin  Fransanın 2 milyondan artıq insanın qətliamının üstünü örtməyə təşəbbüs göstərməsi də psixoloji pozğunluğunun nəticəsində günahını inkar etməyin göstəricisidir.

Yalnız son yüz ilin utandırıcı səhnəsindən xilas olmaq üçün ermənilərin əsassız iddiaları ilə həm öz ölkəsini,  həm də dünya ictimaiyyətini məşğul edən Fransanın yaxın gələcəkdə gerçək tarixiylə üzləşəcəyinə inanırıq.

Əgər Fransız parlamentindəki lobbi fəaliyyətinin yalan və səhv məlumatlarından təsirlənənlər də daxil olmaqla,  doğrudan da, bir soyqırım hadisəsini qınayan mətnin altına imza atmaq istəyirlərsə, onlara çox yaxın tarixdə meydana gələn bir qətliamı və soyqırımı xatırlatmaq istərdik. Məsələn, Qarabağda yaşananlar və Xocalı soyqırımının yazılı, görüntülü və yaşayan canlı şahidləriylə birlikdə işğal altındakı Azərbaycan torpaqlarına az da olsa  maraq göstərmələrini tövsiyə edərdik. Fransızlar və ya  başqaları buyursunlar, gəlsinlər. Onlara 1992-ci ildə ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində öldürülən 20 mindən çox azərbaycanlının faciəsini izah edək. Bu gün 9 milyon əhalisi olan  Azərbaycanda ermənilər tərəfindən işğal edilən torpaqlardan didərgin düşən  1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığını və bu vəziyyətə dünyanın nə qədər səssiz qaldığını göstərək.

Məsələyə düzgün mövqedən yanaşılması üçün Türkiyə Respublikasının Prezidenti və Baş naziri  başda olmaqla  bütün  dövlət səlahiyyətliləri tərəfindən bu hadisənin tarixçilərə həvalə edilməsinin lazımlı olduğu vurğulanarkən, Fransanın "erməni soyqırımı inkar qanunu" nu  bir daha gündəmə gətirməsi ifadə azadlığına vurulmuş bir zərbədır və utanc səhnəsindən bir addım kənara keçə bilməz. Bu halda Türkiyənin və qardaş ölkə olaraq Azərbaycanın və digər bütün mədəni dövlətlərin tarixin və haqq-ədalətin qürurunu qurtarmaq üçün cəhd göstərəcəklərinə inancımız sonsuzdur.

Digər tərəfdən, daha fərqli şəkildə atılması lazım olan bir addım olacağına inanaraq TÜSİAB cəmiyyəti  konkret təklif  verir.  İndi ki, Fransa və onun kimi davranan, davranmaq həvəsində olan ölkələrin parlamentləri bu qədər "həssasdırlar", bu qədər "ədalətlidirlərsə", o zaman biz də ermənilərin XX əsrin əvvəlində Azərbaycanda - Şaumyanın başçılığı altında Bakıda, Şamaxıda, Qubada, Andronikin başçılığı altında Zəngəzurda, Naxçıvanda törətdikləri soyqırımı hadisələrini, 70 il sonra, keçən əsrin 90-ci illərində başda bu gün Ermənistanın prezidenti Serj Sarkisyan olmaqla Azərbaycanda törədilmiş Xocalı soyqırımını və Fransanın başda Afrika ölkələri olmaq üzrə dünyanın bir çox yerində  həyata keçirdikləri soyqırımları dünya ictimaiyyətinə daha yaxşı izah etmək üçün Türkiyə və Azərbaycan parlamentləri ilə yanaşı,  digər  dost və qardaş ölkələrimizin parlamentlərinin də bu soyqırımların gündəmə gətirilmələrini, anoloji addımlar atmalarını təklif edirik.

Bizim bu və buna bənzər addımlar atmağımız dövlət və millət olaraq  yüz illər boyunca bəzi Qərb ölkələrinin əliylə qəsb edilən "həqiqi tarixin" azadlığına qovuşması ola biləcəyi kimi, az da olsa tarixin qətl edilməsinin qarşısı bəşəriyyət naminə alınmış olacaqdır.

"Erməni soyqırımını inkar" qanunundan ötrü Fransa dövlətini bir daha daha şiddətlə qınayır və bu qərarlarını bir daha nəzərdən keçirmələrini tövsiyə edirik.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM