12 Oktyabr 2020 22:05
952
Məktublar
A- A+

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Qardaş Azərbaycan xalqına qarşı təcavüzkarlıq aktlarından dərin kədər hissi duyur, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını, haqq-ədalətin öz yerini taparaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini arzulayıram.

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ölkənin bu çətin günlərində öz dövlətlərinin yanında olaraq xalqınıza dəstək vermələrini, Vətənə sonsuz sevgisini, ölkənin gələcək nəsilləri üçün necə narahatlıq keçirdiklərini diqqətlə izləyirəm. Bir çoxu ilə uzun illərdir birlikdə işlədiyim və dostluq etdiyim bu ziyalıların məsələyə göstərdikləri həssaslığa və söylədikləri fıkirlərə mən də səmimi qəlbdən qoşuluram. Mədəniyyət xadimi olaraq Azərbaycan xalqının ağrı-acısını dərindən hiss edir, əzəli Azərbaycan torpaqlarının tezliklə sülhə, əmin-amanlığa və rifaha yenidən qovuşmasını diləyirəm.

Tarixi ədalət və hüquq Azərbaycanın tərəfındədir. Əminəm ki, Zati-alinizin liderliyi ilə Azərbaycan xalqı bu çətinliklərin də öhdəsindən layiqincə gələcək, hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqlarda incəsənətin, mədəniyyətin və həyatın yenidən canlanmasını bütün türk dünyası ilə birlikdə müşahidə edəcəyik.

Bu xoş fürsətdən istifadə edərək, döyüşlərdə həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm.

Dərin hörmətlə,


Düsen Kaseinov

TÜRKSOY-un Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video