06 Noyabr 2012 01:11
261
PARLAMENT
A- A+

TürkPA qarşısına qoyduğu məqsədlərə nail olacaq

 

Dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda öz işinə başlayan Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq Komissiyasının 2-ci iclasının iştirakçıları ilə görüşdü.

Ziyafət  Əsgərov bildirdi ki, TürkPA yarandığı gündən bütün istiqamətlərdə fəaliyyətini gücləndirib. Qurumun qarşısına qoyduğu məqsəd isə çoxşaxəlidir. Onun sözlərinə görə, 2008-ci ildən TürkPA-nın müxtəlif konfransları keçirilib və bu toplantılarda mühüm qərarlar qəbul olunub: "TürkPA əlaqələrini getdikcə genişləndirir və biz bu qurumun gələcəyinə böyük ümidlərlə baxırıq. Çünki bu təşkilata üzv olan ölkələrin hər biri bir-birinə lazım olan dövlətlərdir. TürkPA-ya üzv olan ölkələr bütün danışıqlarda bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər".

Adıçəkilən qurumun böyük gələcəyinin olduğunu deyən birinci vitse-spiker qeyd etdi ki, türk dünyasının daha da inkişafı üçün əlaqələr getdikcə şaxələnməlidir və birlik nümayiş olunmalıdır.

Bakıda bir sıra görüşlər keçirdiklərini söyləyən TürkPA-nın Hüquq Komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək isə  diqqətə çatdırdı ki, TürkPA qarşısına qoyduğu məqsədlərə nail olacaq: "Bəzi dövlətlərin xəyal etdiyi birliyi biz artıq həyata keçiririk. Öncə düşünüldü, sonra yaradıldı. Bu gün TürkPA türk dünyasının daha yaxından izlədiyi bir quruma çevrilib. Biz əlaqələrimizi daha da genişləndirməyə çalışırıq. İnanırıq ki, TürkPA gələcəkdə böyük bir təşkilata çevriləcək".

Görüşdə eyni zamanda bildirildi ki, bir sıra beynəlxalq qurumlarda da təmsil olunan TürkPA gələcəkdə türk dünyası üçün öz töhfəsini verəcək.

 

"Azərbaycan"

Ağaəli MƏMMƏDOV (foto)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video