05:14 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin on fərqli nöqtəsində yanğınlar hələ də davam edir
ANA SƏHİFƏ / DÜNYA
11:17 31.07.2021

 

Artıq dörd gündür qardaş Türkiyədə meşə yanğınları davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda ölkənin beş vilayətinin on fərqli nöqtəsində yanğınlar hələ də davam edir, 88-i isə artıq söndürülüb. Alovlarla mübarizəyə ümumilikdə üç təyyarə, doqquz insansız hava vasitəsi (İHA), bir insansız helikopter, 1 yanğınsöndürmə tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 xüsusi maşın və 4000-dən artıq canlı qüvvə cəlb olunub.

Yanğınlarla mübarizədə qardaş Türkiyəyə ölkəmizlə yanaşı, Rusiya və Ukraynadan da kömək göndərilib.

Bu gündən etibarən zərərçəkən bölgələrə yardımların göndərilməsi nəzərdə tutulur. Yanğınlar nəticəsində çox sayda ev, iş yeri, əkin və meşəlik ərazi yararsız hala düşüb, heyvanlar tələf olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM