08 Sentyabr 2021 22:52
756
CƏMİYYƏT
A- A+

Türkiyənin Baş ombudsmanı Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin və məkanların vəziyyətini araşdıracaq

 

Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistanın işğalı altında olarkən minalanmış Azərbaycan əraziləri və bu ərazilərdə məhv edilən mədəni-tarixi abidələrlə bağlı hesabat hazırlamaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasına müraciət edib. Türkiyənin Baş ombudsmanı və İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri kimi mən Assosiasiyanın pakistanlı baş katibi Müştaq Əhməd Suxera və digər nümayəndələrimiz ilə birgə bu məsələləri hüquqi baxımdan araşdırmaq üçün sentyabrın 14-19-da Azərbaycanda olacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç söyləyib.

Keçən il oktyabrın 21-23-də Azərbaycanda səfərdə olduğunu xatırladan Ş. Malkoç həmin səfər zamanı hazırlanan hesabatın dünya birliyində yüksək effekt doğurduğunu vurğulayıb. O növbəti səfəri zamanı da hazırlanacaq hesabatın əhəmiyyətli təsiri olacağına ümid etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və bu işğalın BMT-nin müvafiq qərarlarına rəğmən, 30 ilə yaxın davam etdiyini diqqətə çatdırıb. “Bir milyona yaxın insan yurd-yuvasından didərgin düşdü. Bu, ürək ağrıdan və beynəlxalq hüquqa zidd hərəkət idi. Sevindirici haldır ki, ötən il 44 günlük döyüşlərdən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ötən il müharibə vaxtı Ermənistan tərəfindən uzaqmənzilli raketlərlə hədəfə alınan Azərbaycan rayon və şəhərlərində olduq. Qısa zamanda topladığımız sənədlər, dəlillər əsasında hesabat hazırlayaraq ingilis dilinə tərcümə edib başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla, dünyadakı bütün insan haqları qurumlarına göndərdik. Bunun həm beynəlxalq aləmdə, həm Türkiyədə, həm də Azərbaycanda çox böyük faydası oldu. Birinci hesabatımızın təqdirlə qarşılanması bizə həm əlavə stimul verdi, həm də işimizi intensivləşdirdi. Ümid edirəm ki, hazırlanacaq yeni hesabat da əhəmiyyətli olacaq”, - deyə Ş.Malkoç əlavə edib.

Dünyadakı bütün ombudsmanlıq təşkilatlarının insan haqlarının pozulmasına qarşı mübarizə aparmağa məsul olduqlarını vurğulayan Türkiyənin Baş ombudsmanı deyib: “Dünya ombudsmanlıq təşkilatları öz ölkələrində insan haqlarının qorunmasına, idarə və qurumlarla insanlar arasında hüquqi baxımdan vasitəçi olmaqla yanaşı, eyni zamanda, bütün dünya insanlarının hüquqlarını qorumaq səlahiyyətinə malikdir. Mən də Ermənistanın minaladığı Azərbaycan ərazilərində insanların ölüm faktları, mina xəritələrinin verilməməsi üzündən insanların həyatının təhlükədə olması ilə bağlı araşdırma aparacağam. Minalanmış ərazilərin xəritəsinin verilməməsi cinayətdir. Eyni zamanda, yüz illər, min illərlə yaşı olan və zərərçəkmiş tarixi abidələrin, əsərlərin, tarixi məkanları indiki vəziyyətini obyektiv araşdırılacaq. Bu abidələrin bərpası, tariximizə, mədəniyyətimizə yenidən qaytarılmasının mümkün olub-olmaması da tərəfimizdən öyrəniləcək. Məqsədimiz insanlığa xidmət etmək və bəşəriyyətə qarşı edilən haqsızlığı aradan qaldırmaqdır”.

Hazırlanan ikinci hesabatın Ermənistana da göndəriləcəyini ifadə edən Ş.Malkoç deyib ki, İƏT Ombudsmanlar Assosiasiyası olaraq Azərbaycanın minalanmış ərazilərinin xəritəsi hesabat vasitəsilə Ermənistandan istəniləcək. Ümid edirik ki, insanlıq naminə bu fəaliyyətimiz faydalı olacaq.

Türkiyənin Baş ombudsmanı vurğulayıb ki, Azərbaycanın Qarabağ naminə mübarizəsi təkcə bu ölkə üçün deyil, həm də Qafqazda sülhün və sabitliyin bərpası üçündür. Qafqazda sülh isə həm regionun, həm də insanlığın sülhə nail olunması deməkdir.

Qeyd edək ki, Türkiyənin Baş ombudsmanının Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməklə yanaşı, Şuşa və Ağdama da gedəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video