15 Sentyabr 2021 15:47
905
CƏMİYYƏT
A- A+

Türkiyənin Baş ombudsmanı: Ermənilərin minalanmış sahələrin xəritələrini verməsi üçün çalışacağıq  

Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana verməyiblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəklər. Səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatların izlərini öz gözləri ilə görəcəklər. “Biz mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların mina səbəbindən ölməməsi üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazırlandıqdan sonra bu məsələyə öz təsirini göstərəcək. Həmin hesabatı BMT-yə və beynəlxalq insan hüquqlarının qorunması ilə məşğul olan qurumlara göndərəcəyik”.

İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduqlarını deyən Türkiyənin Baş ombudsmanı bildirib ki, onlar Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlıların məzarlarını ziyarət edib, yaxınları ilə görüşüblər. “İƏT olaraq bu barədə hesabat hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və insan hüquqları üzrə beynəlxalq məhkəməyə göndərdik. Müharibənin də öz qaydaları var. Müharibə zonasından kənarda yerləşən şəhərləri raketlərlə hədəfə almaq olmaz. Bu, cinayətdir və bu cinayəti törədən Ermənistan rəsmiləri cəzalanmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidirlər ki, belə hadisələr təkrarlanmasın”, - deyə Baş ombudsman qeyd edib.

Şərəf Malkoç 103 il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana gələrək Bakını işğaldan azad etməsindən də söz açıb. Bildirib ki, Bakı sentyabrın 15-də vətənpərvər və cəsur övladların sayəsində öz azadlığına qovuşub. O əminliklə bildirib ki, Qarabağ Zəfərindən sonra bu torpaqlara layiq olduğu sülh və əmin-amanlıq gələcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video