02 Avqust 2021 15:40
650
CƏMİYYƏT
A- A+

Türkiyəli nazir: Azərbaycanlı qardaşlarımızın da yanımızda olması, verdikləri dəstək çox önəmlidir

 

Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına, doğma qardaşlarımıza Muğladan, Marmarisdən səmimi salamlarımı çatdırıram. Verdikləri dəstək çox böyükdür. Azərbaycanlı yanğınsöndürənlər olduqca mütəşəkkil çalışırlar.

Bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Marmarisdə fəaliyyət göstərən yanğın böhranı ilə mübarizə qərargahında AZƏRTAC-a verdiyi açıqlamasında ifadə edib.

Nazir deyib: “Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanında olub. Belə çətin günümüzdə onların da yanımızda olması, verdikləri dəstək çox önəmlidir”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan nazir Bekir Pakdemirli Azərbaycana minnətdarlığını və təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Bu qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Karvanın keçdiyi ərazilərdə yerli əhali Azərbaycan yanğınsöndürənlərini böyük coşqu ilə qarşılayır. Türkiyənin Anadolu Agentliyi, “HaberTürk”, “NTV”, “Sabah”, “Hürriyet”, “AHaber” və bir sıra digər media qurumlarında yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.

Yanğın-xilasetmə qüvvələrinin qardaş ölkəyə köməyə gəlməsi və dəstə üzvlərinin fədakarlığı qardaş ölkə mətbuatında geniş işıqlandırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video