24 Dekabr 2011 02:12
276
SİYASƏT
A- A+

Türkiyədəki Azərbaycan diasporu: «Əgər Fransa ədalətli bir mövqe tutmaq istəyirsə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır»

 

İstanbul Türkiyə Azərbaycan Dərnəyi Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə pisləyib.

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin yaydığı bəyanatda Fransa parlamentinin bu qərarının arxasında prezident Nikola Sarkozinin yaxınlaşan seçkilərdə ölkədə yaşayan 500 min erməninin səslərini qazanmaq istəyinin dayandığı bildirilir. 1915-ci il hadisələrinin siyasətçilərin yox, tarixçilərin müzakirə və araşdırmalı olduqları qeyd olunan bəyanatda vurğulanır ki, "Türkiyə Cümhuriyyəti dəfələrlə, qarşılıqlı olaraq arxivlərin açılması barədə Ermənistana müraciət etsə də, İrəvan bugünə qədər bu təklifə müsbət münasibət bildirməyib".

Daha sonra bəyanatda əsl soyqırıma məruz qalanların türklərin özlərinin olduğu vurğulanıb: "Anadoluda, Qafqazda, Azərbaycanda ermənilərin zülmünə məruz qalmayan ailə yoxdur. Əsl soyqırımı Ermənistan edib. Ermənistan illərdən bəridir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Əgər Fransa ədalətli bir mövqe tutmaq istəyirsə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır".

Bəyanatda Türkiyə ərazisində minlərlə erməninin rahat şəkildə heç bir problemlə qarşılaşmadan, türklərlə bərabər hüquqlara sahib olaraq yaşadığı qeyd olunur: "Ermənistan ərazisində isə bir nəfər də türk qalmayıb. Türkiyədə yüzlərlə kilsə mövcuddur, amma Ermənistanda bir məscid də olsun yoxdur. Əcdadlarımızdan qalan məscidlər dağıdılaraq yer üzündən silinib".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video