10:39 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyədə “Sinovac” vaksini ilə peyvəndləmə qrafikə uyğun aparılır
 
ANA SƏHİFƏ / DÜNYA
10:55 08.04.2021

 Türkiyədə yeni növ koronavirus (COVID) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində peyvəndləmə prosesi qrafikə uyğun davam edir. Hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Aprelin 7-dək ölkə üzə ümumilikdə 17 milyon 661 min 557 doza peyvənd tətbiq olunub. Bir doza vaksin qəbul edənlərin sayı 10 milyon 329 min 246, iki doza peyvəndlənənlərin sayı isə 7 milyon 332 min 311 nəfərdir.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 7-də ölkədə 302 min 108 nəfər testdən keçirilib. Onlardan 54 min 740 nəfərin testi müsbət olub, 2 min 203 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 276 nəfər ölüb, 35 min 503 nəfər isə sağalıb.

İndiyədək ümumilikdə 3 milyon 633 min 925 nəfərdə koronavirus aşkarlanıb, 32 min 943 nəfər ölüb.

Hazırda 2 min 604 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

Aidiyyəti qurumlar gündəlik yoluxma, ölüm və ağır xəstə saylarındakı sıçrayışlı artımın təhlükəli məcrada inkişafda olduğunu bəyan ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM