08:45 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyədə meşə yanğınları tüğyan edir  
 
ANA SƏHİFƏ / DÜNYA
21:13 29.07.2021

Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.

Antalyanın Manavgat rayonundakı yanğınlarda 3 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.

Əhaliyə, dövlətə və təbiətə külli miqdarda zərər dəyib.

Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə Böhran Mərkəzi yaradılıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ekoloji böhran hadisəsi ilə bağlı birgə brifinq keçiriblər.

Ən son məlumata görə, ölkə üzrə 17 vilayətdə 53 nöqtədə yanğın baş verib. Yanğın ocaqlarının 36-da vəziyyət nəzarətə götürülüb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM