05 Mart 2021 18:13
705
DÜNYA
A- A+

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib

 

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün martın 5-də Ankaradakı Ahmet Hamdi Akseki məscidində vida mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkənin siyasi elitası, partiya rəhbərləri, Silahlı Qüvvələrin komandanlığı, şəhidlərin ailə üzvləri və doğmaları, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra onlar son mənzilə yola salınıblar.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün şəhidlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib. Dövlət başçısı general-leytenant Osman Erbaşın Vətən qarşısında xidmətlərindən danışıb.

Qeyd edək ki, Türk Silahlı Qüvvələrinin “Cougar” tipli helikopteri yerli vaxtla saat 13.55 radələrində səmaya qalxdıqdan 30 dəqiqə sonra onunla rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz uçuş aparatları axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib. Qəza nəticəsində 11 hərbçi, o cümlədən korpus komandiri, general-leytenant Osman Erbaş həlak olub. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur. Milli müdafiə naziri Hulusi Akar onların vəziyyətinin sabit olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video