04 Aprel 2021 14:06
855
DÜNYA
A- A+

Türkiyədə FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar nəticəsində 265 hərbçi saxlanılıb

 

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində hələ də araşdırmalar aparılır. Saxlanılmasına qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-i terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.

Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video