25 Avqust 2021 15:15
1099
DÜNYA
A- A+

Türkiyədə əhaliyə COVID-19-a qarşı 90 milyon dozadan çox peyvənd vurulub

 

COVID-19-a qarşı vaksinasiya prosesi başlayandan indiyədək Türkiyədə əhaliyə 90 milyon dozadan çox peyvənd vurulub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin son statistik göstəricilərinə əsasən, bu günədək ölkədə 46 milyon 649 min 44 nəfərə birinci, 35 milyon 672 min 814 nəfərə ikinci, 7 milyon 929 min 901 nəfərə isə üçüncü doza peyvənd vurulub. Bununla da Türkiyədə əhaliyə vurulan ümumi vaksin sayı 90 milyon 405 min 737 doza təşkil edir.

Ölkənin 39 vilayətində əhalinin 75 faizindən çoxu artıq peyvəndlənib. Bu vilayətlər ölkə üzrə tətbiq olunan COVID-19 xəritəsinin mavi, yəni, ən az riskli bölgələr siyahısına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video