28 Oktyabr 2011 12:10
418
DÜNYA
A- A+

Türkiyədə 500 nəfərdən çox adam zəlzələnin qurbanı olmuşdur

 

Son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 534 nəfərə çatmışdır. Daha 2300 nəfər xəsarət almışdır. Bu barədə yerli KİV xəbər verir.

Xilasetmə əməliyyatı zamanı 185 nəfər dağıntıların altından sağ çıxarılmışdır.

Dünən yağan sulu qar təbii fəlakətə görə ev-eşiyindən məhrum olmuş minlərlə sakinin vəziyyətini daha da mürəkkəbləşdirmişdir. Sinoptiklərin proqnozuna əsasən, yaxın üç gün ərzində qar yağacaq.

Qeyd edək ki, ümumilikdə yeraltı təkanlar nəticəsində 2200 bina dağılmışdır. Hökumət müvəqqəti sığınacaq kimi əlavə çadırlar ayırsa da, hamıya çatmır. Xarici dövlətlərdən də yardım daxil olur.

Dünən Türkiyənin cənub-şərqində 5,4 bal gücündə yeni zəlzələ baş vermişdir. Bu barədə Ankaradakı Kandilli rəsədxanası məlumat verir. Yeni yeraltı təkanlar İraq və İranla sərhəddə, Vanla qonşu Hakkari vilayətində qeydə alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video