11:23 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirik
ANA SƏHİFƏ / DÜNYA
15:06 06.05.2021

Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini saxta “soyqırımı” kimi tanıyan qərar tarixin siyasi motivlər əsasında yenidən yazılması istiqamətində əhəmiyyətsiz bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edir, şiddətlə qınayırıq. Parlamentlər tarix yazmaq və əsassız mühakimə etmək məkanı deyil.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin Latviya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına dair açıqlamasında əksini tapıb.

Açıqlamada vurğulanır ki, 1915-ci il hadisələrində beynəlxalq hüquqa əsasən müəyyən edilmiş “soyqırımı” ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyildi. Bu cəhd həm də 1948-ci ildə qəbul edilmiş soyqırımının qarşısının alınması və günahkarların cəzalandırılması müqaviləsinə, habelə 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü və 2015-ci il qərarlarına ziddir.

Qeyd olunur ki, Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin pis niyyətlərinə xidmət etmək əvəzinə, bu səhv addımı aradan qaldırmağa, başda türk və erməni xalqları olmaqla, bölgədə sülh şəraitində birgəyaşayış təcrübəsinin tətbiqinə yönəlmiş səyləri dəstəkləməyə dəvət edirik.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM