24 Aprel 2021 18:14
645
DÜNYA
A- A+

Türkiyə XİN: ermənilərin törətdikləri terror aktlarında şəhid olan diplomatlarımızı unutmayacağıq

 

Türkiyə Xarici İşlər Nazirliyi erməni terror təşkilatları tərəfindən amansızcasına qətlə yetirilən türkiyəli diplomatların xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin hazırladığı xüsusi məzmunlu infoqrafika XİN-in “Twitter” sosial şəbəkə hesabından paylaşılıb. Türkiyənin dövlət bayrağının fonunda hazırlanmış materialda yazılır: erməni terror aktlarında şəhid olan diplomatlarımızı unutmadıq, unutmayacağıq!

Al qırmız rəngdə əksini tapan aypara və ulduzun içində 31 şəhid türk diplomatının fotoları yerləşdirilib, bayrağın üzərində isə ad və soyadları yazılıb.

Xatırladaq ki, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. Bu cinayətləri törədən erməni terrorçularının bəziləri tapılmayıb. Qanlı cinayətlər törətdiklərinə görə həbs olunanların bir qısmi isə ikili standartlar çərçivəsində qanunsuz olaraq, əsaslandırılmamış şəkildə azadlığa buraxılıb. Həmin terrorçulardan əksəriyyəti Ermənistan dövləti tərəfindən qəhrəmanlaşdırılıb. İşğalçı niyyətli ölkədə həmin terrorçulara abidə ucaldılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video