17:29 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Respublikasının sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
21:16 20.11.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan.

Zati-alinizin rəhbərliyi ilə qardaş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Böyük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyinin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, "Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırılması "Bir millətin iki diasporu olmaz” fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.

Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da "Qarabağ Azərbaycandır!” ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.

Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarımızı qorusun!

Cənab Prezidentim, dərin hörmət və ehtiramla,


Binəli Yıldırım
Türkiyə Respublikasının sabiq Baş naziri,
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM