17:50 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Prezidenti: Azərbaycan barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaqdır  
 
ANA SƏHİFƏ / SİYASƏT
18:38 27.10.2021

Azərbaycanda fərqli bir inkişaf var. Ümid edirəm ki, Füzulidən İstanbula birbaşa nəqliyyat marşrutu olacaq. Bu yolların tikintisi ilə bağlı işlər sürətlə davam edir. Şükürlər olsun ki, azərbaycanlılarla türklər birgə işləri ilə yaxşı bir qardaşlıq nümayiş etdirirlər. Azərbaycan bununla çox ciddi bir inkişafın, dirçəlişin nümunəsini göstərir. Aramızda olan bu həmrəyliyin davam etməsi ilə Azərbaycan çox qısa zamanda barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.

Türkiyə parlamentində təmsil olunan AKP deputatlarının qrup toplantısındakı çıxışında Azərbaycana səfərlər bağlı təəssüratlarını bölüşən, işğaldan azad olunan ərazilərimizdə gördüklərini xoş sözlərlə ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Əkinçilikdə mühüm addımlar atılır. Ermənilərin basdırdıqları minalar hazırda sürətlə təmizlənir. Minalardan təmizlənmiş həmin ərazilər də tarlaya çevrilir. Bu istiqamətdə genişmiqyaslı işlər görülür. Azərbaycana bizim istehsal olan bir ədəd minatəmizləyən maşın vermişik. Hazırda minaların təmizlənməsi uzaqdan idarəetmə üsulu ilə aparılır. Bütün bunlar ölkəmizin inkişafının göstəricisidir. Bir tərəfdən Qarabağ, bir tərəfdən də Şuşa ciddi turizm məkanı olaraq əks-səda doğuracaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM