19 Oktyabr 2021 14:27
907
DÜNYA
A- A+

Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

 

Türkiyənin vitse-prezidenti Fuad Oqtay on dövlətin səfirini səlahiyyətlərini aşmaqda və ölkənin məhkəmə işlərinə qarışmaqda ittiham edib.

AZƏRTAC bu barədə Türkiyə KİV-lərinə istinadla xəbər verir.

“Fəaliyyət göstərdikləri ölkənin müstəqilliyinə, habelə məhkəmə sisteminin müstəqilliyinə hörmət göstərməli olan bəzi səfirlər səlahiyyətlərini aşaraq məhkəmə işlərinə siyasi müdaxilə etməyə çağırıb. Bu ölkənin məhkəmələri müstəqildir və Türkiyə tamamilə müstəqil ölkədir. Hüquqi prosesə müdaxilə etmək istəyənlər bu istəklərini öz ölkələrində davam etdirə bilərlər”, - deyə Fuad Oqtay bildirib.

Bir müddət öncə sosial şəbəkə hesablarında hüquq-müdafiəçisi Osman Kvalanın azad olunmasına çağıran Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

Qeyd edək ki, Osman Kvala, əsasən etnik və dini azlıqların beynəlxalq istiqamətli layihələrini dəstəkləyən “Anadolu Kültür AŞ” mədəni fondunun banisidir. O, 2016-cı ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etmək ittihamı ilə həbs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video