17:46 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə mühəndisləri modern hərbi amfibiya-maşın yaradıblar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:02 20.02.2014

 

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sifarişi əsasında daxili imkanlar hesabına yaradılmış "Qunduz" adlı hərbi maşın bir neçə funksiyanı həyata keçirə bilir. Maşın quruda və suda hərəkət etməklə yanaşı,  çayların iki sahili arasındakı yeri-ərazini, ətraf relyefi keçid üçün lazımı vəziyyətə gətirmək imkanına malikdir.

Buldozer-qreyder özəlliyi olan digər hərbi-texniki vasitələrin keçidi üçün də zəruri parametrlərdə yol açıb-hazırlamağı bacarır. Digər analoqlarından fərqli olaraq 20 tonluq hərbi maşın eyni tapşırığı yerinə yetirən bir neçə texnikanın birgə imkanlarını özündə ehtiva edir. Modern hərbi texnika kimi  tanınan  "Qunduz"  quru qoşunlarının çay və bənzər maneələri qısa zamanda daha sürətlə keçməsinə şərait yaratdığından hərbçilər və əcnəbi ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, iki il əvvəl Türkiyə hərbi sənaye kompleksi daxili imkanlar hesabına  ərsəyə gətirdiyi  səyyar körpü kompleksini  -  "Samur" hərbi maşınını ordunun ixtiyarına vermişdi.  "Samur" da göstəricilərinə görə analoqlarını üstələdiyindən  dünyanın hərbi dairələrində maraqla qarşılanıb.  Beləliklə, quru qoşunları bu iki texnikanın köməyi ilə çayları və  keçilməz hesab edilən əraziləri daha sürətlə aşa biləcəklər.

Qeyd edək ki, hərbi-sənaye kompleksinin xaricdən asılılığını minimuma endirmək üçün Türkiyə məqsədyönlü şəkildə ciddi addımlar atır. Ölkənin elm-texniki imkanları, insan resursları, sənaye quruluşu və inkişafı bu istiqamətə yönəldilib. Məqsəd təkcə idxal asılılığından qurtulmaq deyil, eyni zamanda  rəqabətə davamlı müasir və modern silah, hərbi texnika istehsalını təşkil etməkdən ibarətdir. Türkiyə dünyanın ən müasir silahları ilə müqayisə edilə biləcək tank, artilleriya qurğuları, aviasiya texnikası, hərbi gəmi, sualtı qayıq, eləcə də müasir texnoloji kəşfiyyat, rabitə vasitələrinin tamamilə yerli imkanlar hesabına işlənməsi və istehsalının təşkilinə çox yaxındır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM