10:32 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə mətbuatı Azərbaycanın dəstəyinə geniş yer ayırmışdır
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin Fransa parlamentində qəbul olunmasına etiraz edən Azərbaycanın dəstəyinə geniş yer ayırmışlar.    

"Star", "Zaman", "Milliyet" qəzetləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "tarixi hadisələrin parlamentlərdə müzakirəsini beynəlxalq əlaqələrdə müsbət nəticələrə gətirməyəcəyi" sözlərini önə çıxarmışlar. Azərbaycan rəsmisinin tarixdə "erməni soyqırımının" olmadığı, bunun sadəcə, ermənilərin uydurduğu və bəzi dairələrin də dəstəklədiyi antitürk siyasəti olduğu fikri bu qəzetlərin xəbərlərində yer almışdır.

Türkiyənin qəzetləri yazırlar ki, Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov bu qanun layihəsinin müzakirəsinin Fransa parlamentinə və demokratiyasına bir həqarət olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu, eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə də kölgə salacaqdır.

Türkiyənin nüfuzlu qəzetləri və televiziya kanalları Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəsmi saytına istinadla ölkəmizin xarici siyasət idarəsinin Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsi ilə bağlı məlumatına da geniş yer ayırmışlar. Anadolu xəbər agentliyi, İhlas və Cihan agentlikləri bu məlumatı bütün mətbuat orqanlarına yaymışlar. Xəbərlərdə "Azərbaycan Respublikası Fransanın Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır" sözləri xüsusi olaraq vurğulanmışdır.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının Fransanın Bakıdakı səfirliyinin önündə keçirdikləri etiraz aksiyaları, onların Türkiyəyə verdiyi dəstək də qardaş ölkənin mətbuatında yer almışdır. 

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM