01:38 14 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşaya səfərini geniş işıqlandırıb
ANA SƏHİFƏ / SİYASƏT
23:54 15.05.2021

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı və mayın 13-də təşkil olunan festivalın qala-konserti, həmçinin dövlətimizin başçısının iştirak etdiyi digər tədbirlər, o cümlədən Şuşada yeni məscidin təməlinin qoyulması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinin hazırladığı, türkdilli ictimaiyyətdə festivalın mahiyyəti barədə aydın təsəvvür yaradan “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın simvol şəhərində duyğulu anlar yaşadı” sərlövhəli videomaterial Türkiyənin digər media orqanları tərəfindən də sürətlə yayılıb. Agentliyin səfərlə bağlı fərqli dillərdə yaydığı xəbərlərdə Azərbaycan dövlət başçısının mühüm mesajları əksini tapıb və informasiyalar orijinal fotolarla təqdim olunub.

“Haber global”, “TRT Haber”, “TRT avaz”, NTV telekanalları, İHA xəbər agentliyi, “Sabah”, “Akşam”, ”Milliyyət”, “Yeni şəfəq” və digər aparıcı qəzetlərin mövzu ilə bağlı yaydıqları materiallarda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyi, Qarabağın təbiətindən nadir görüntülər, festivalın əzəməti, şəhərdə aparılan quruculuq və abadlıq işləri informasiyalarda əksini tapıb.

Türkiyə mətbuatı 29 illik fasilədən sonra Şuşa şəhərindəki qədim məsciddə Ramazan bayramı namazının qılınmasını tarixi zəfərin qalibiyyəti, mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM