16 Aprel 2021 19:17
597
SİYASƏT
A- A+

Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetlər dövlətimizin başçısının mövzu ətrafındakı çıxışı, iştirakçıların suallarını ətraflı cavablandırması barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat veriblər.

Xəbərlərdə 44 günlük Vətən müharibəsində Ordumuzun rəşadəti, Azərbaycanın qazandığı tarixi hərbi Qələbə, təcavüzkar tərəfin biabırçı məğlubiyyəti və xalqımıza qarşı törətdiyi cinayətlər, torpaqlarımızın düşməndən azad edilməsinin regionda yaratdığı seni siyasi vəziyyət, işğaldan azad edilən ərazilərin bərpası və digər məsələlər tam şəkildə əksini tapıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mövcud vəziyyəti tam açıq və aydın formada təqdim edib.

Qeyd edək ki, informasiyalarda AZƏRTAC-ın materiallarından da istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video