16:03 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
20:50 29.06.2021

 

İyunun 29-da Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Fəzail İbrahimli Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslanın başçılıq etdiyi nümayəndə heyətini qalib Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, bu qalibiyyətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik bacarığı, sərkərdə qabiliyyəti sayəsində milli birliyimiz, ölkənin iqtisadi qüdrəti, ordumuzun rəşadəti ilə əldə olunduğunu vurğulayıb. Azərbaycanın bu haqq işində Türkiyənin dəstəyini yüksək qiymətləndirib. Milli Məclis sədrinin müavini Azərbaycanın və Türkiyənin dünya dövlətləri arasında layiqli yer tutaraq bütün təhdidlərə qarşı birgə mübarizə apardığını diqqətə çatdırıb.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan 100 il əvvəl olduğu kimi, indi də Türkiyənin və Azərbaycanın dünya imperializminə qarşı birgə səylərlə mübarizə apardığını qeyd edib və təmsil etdiyi təşkilatın azərbaycanlı qardaşlarının hüquqlarının qorunması üçün beynəlxalq arenada hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə rəhbərliyinin və xalqının mənəvi dəstəyini, xüsusən də insan hüquqlarının müdafiəsi sayəsində göstərilən köməyi xüsusi qeyd edib, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun Qarabağ qrupu yaratmasını yüksək dəyərləndirib. O, Türkiyə heyətinin səfər çərçivəsində müharibə nəticəsində zərər çəkmiş ərazilərdə araşdırmalar aparacağını bildirib.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanı və Türkiyəni birləşdirən dəyərlərdən, bu birliyin davam etməsinin əhəmiyyətindən bəhs edib.

Sonra qonaqların suallarına cavab verilib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəsmi şəxslər də iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM