23:55 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:45 15.04.2021

15.04.2021 [15:37]
Bakı, 15 aprel, AZƏRTAC

Qardaş Türkiyə ilə ötən dövrdə sosial sahədə formalaşmış qarşılıqlı çoxistiqamətli əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da genişlənəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirdiyi görüşdə bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərindən bəhs edərək, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

S.Babayev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın əsasında dostluq, qardaşlıq amilinin dayandığını qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səylərinin mühüm rolunu diqqətə çatdırıb. Bütün sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, bir sıra əməkdaşlıq sənədlərinin imzalandığını qeyd edib. O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə əlaqələri vurğulayıb.

Nazir bildirib ki, E.Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər uğurla inkişaf edib. Prezident İlham Əliyevin 2021-ci il 10 aprel tarixli Sərəncamı ilə E.Özoralın “Dostluq” ordeni ilə təltif olunması da onun iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə yüksək qiymət verildiyinin nümunəsidir.

Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edən S.Babayev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

E.Özoral Türkiyə ilə Azərbaycanın münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluğunu, dünyada bir-birinə bu qədər yaxın, dost olan digər ölkələr olmadığını qeyd edib. O, Azərbaycanı heç zaman öz ölkəsindən ayırmadığını, Azərbaycana daim doğma münasibət bəslədiyini deyib. Ölkəmizin tarixində şanlı qəhrəmanlıq salnaməsinin yazıldığı, möhtəşəm Zəfərin əldə olunduğu bir dövrdə burada səfir kimi çalışmaqdan daim qürur hissi keçirdiyini vurğulayıb. E.Özoral iki ölkənin sosial sahədə əməkdaşlığının da xeyli inkişaf etdiyini bildirib.

Görüşdə iki ölkənin sosial sahədə gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM