21:48 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə ilə Azərbaycan arasında Transanadolu boru xətti konsorsiumu üzrə saziş imzalanmışdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:12 27.12.2011

 

Ankarada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan təbii qazını Türkiyə və Avropaya nəql edəcək Transanadolu boru xətti konsorsiumuna dair saziş imzalamışlar.

Sazişin imzalanmasından sonra jurnalistlərə açıqlama verən Natiq Əliyev bildirmişdir ki, bu xəttin çəkilməsi cari il oktyabrın 25-də İzmirdə "Şahdəniz-2" layihəsinə dair saziş çərçivəsində nəzərdə tutulmuşdu. Ümumi dəyəri 7 milyard avro təşkil edən Transanadolu boru kəmərinin illik həcmi 16 milyard kubmetr olacaqdır. Lakin boru kəmərinin illik həcmi yaxın gələcəkdə 24 milyard kubmetrə çata bilər. Azərbaycanın "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq təbii qazının "Nabukko" kəməri ilə nəqli məsələsinə dair qərar isə bir ay müddətində veriləcəkdir.

Taner Yıldız bildirmişdir ki, Transanadolu konsorsiumunda ARDNŞ şirkəti 80 faiz, Türkiyə Petrolları Anonim Şirkəti (TPAO) və BOTAŞ  isə 20 faiz paya sahib olacaqlar.  Türkiyə və Azərbaycanın şirkətləri arasında yaradılan bu konsorsiuma gələcəkdə digər şirkətlər də daxil ola bilərlər.  

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM