20:42 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:31 30.07.2021

 

İyulun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşü keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bahar Muradova türkiyəli səfiri Azərbaycandakı təyinatı münasibətilə təbrik edib, Türkiyə-Azərbaycan münasibətləri, ortaq hədəf və maraqları naminə fəaliyyətində uğurlar arzulayıb.

Komitə sədri son günlərdə Türkiyədə baş verən genişmiqyaslı yanğın hadisəsi ilə bağlı üzüntüsünü ifadə edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, qardaş ölkəyə qarşı yönələn qara əllərin hələ də sakit durmamasının narahatlıq doğurduğunu vurğulayaraq, bu cür əməlləri törədənlərin qətiyyən hədəflərinə çata bilməyəcəklərini, Türkiyənin tarixən ən ağır sınaqlardan alnıaçıq və qalib çıxan bir dövlət kimi bunun da öhdəsindən layiqincə gələcəyindən əminliyini ifadə edib. B.Muradova hər zaman olduğu kimi bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu, müvafiq dəstəyi göstərdiyini və xalqımızın hər bir nümayəndəsinin bu məsələyə öz münasibətini bildirərək ürək ağrısı ilə “Türkiyə yanırsa, bizim də qəlbimiz yanır” şüarlarını səsləndirmələrinin ölkələrimiz arasında dostluq əlaqələrinin gücünü bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif səviyyələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən komitə sədri bildirib ki, xüsusilə səfirlik vasitəsilə bu əlaqələrin genişlənməsinə verilən töhfəni yüksək qiymətləndiririk. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədə Türkiyənin mənəvi və digər istiqamətlərdə dəstəyinin rolunu qeyd edən B.Muradova onu da əlavə edib ki, bundan sonra ölkələrarası münasibət daha yüksək mərhələyə qədəm qoyub və regionda ictimai-siyasi vəziyyət yeni bir müstəviyə çıxıb.

Şuşa Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayan komitə rəsmisi bu mühüm sənədin üzərimizə vacib öhdəliklər qoyduğunu bildirərək, hökumətlərimiz, ayrı-ayrı qurumlarımız və cəmiyyətlərimiz arasında münasibətlərə öz yeni təsirini göstərdiyini, bundan irəli gələn vəzifələri müxtəlif səviyyələrdə müzakirə edərək qarşıdakı hədəflərə doğru birgə addımlamağın vacibliyini qeyd edib. Bu yaxınlarda AK Parti ilə Yeni Azərbaycan Partiyasının yüksək səviyyəli görüşünə diqqət çəkən B.Muradova bildirib ki, bu səfər də partiyalararası əlaqələrin inkişafına təkan verəcək və hökumətlərarası strateji tələblərdən irəli gələn vəziyyətə uyğun fəaliyyətimizi qurmağa töhfə verəcək.

O, eyni zamanda, üçtərəfli Bakı Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətini də qeyd edərək, bu sənədin buna qədər mövcud olan ölkələrarası münasibətlərin davamı kimi qiymətləndirildiyini vurğulayıb: “Tarixən babalarımızın başlatdığı həmrəylik bu gün öz hədəflərinə çatmaqdadır. Ən əsası bu gün Türkiyə-Azərbaycan birliyinin və gücünün həm region, həm də dünyada yeni bir düzən formalaşmasına töhfə verdiyini vurğulamaq lazımdır. Artıq ölkələrimiz müxtəlif dairələr tərəfindən davamlı təzyiqlərə məruz qalan ölkələr kimi deyil, əksinə, bütün dünyaya yeni qaydalar üçün diqtələr edən dövlətlər kimi tanınır”.

Türkiyə Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında öncə Qarabağ Zəfəri ilə bağlı təbriklərini səsləndirərək, Türkiyənin ilk dəqiqələrdən etibarən Azərbaycanın haqlı davasında yanında olduğunu və son dərəcə böyük siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini bildirib. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tək bir vəsiyyəti kimi Qarabağın işğaldan azad olmasının Azərbaycanın güclü xalqı, qəhrəman Ordusu, vəsiyyəti təslim alan qətiyyətli Prezidenti İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini vurğulayıb.

Türkiyə-Azərbaycan münasibətlərinin gün keçdikcə gücləndiyini qeyd edən səfir bildirib ki, öhdəmizə düşən vəzifə bu diplomatik körpünü daim sağlam bir şəkildə yaşatmaqdır. Azərbaycanın təşəbbüsü ilə başladılan üç tərəfli Türkiyə-Pakistan-Azərbaycan parlamentlərarası dialoq platformasının nəticəsi olaraq Bakı Bəyannaməsinin imzalanması əhəmiyyətlidir. Biz bu qardaşlığı, sadəcə, dildə deyil, həm də mexanizmlər vasitəsilə də işlək hala gətirməliyik.

Türkiyədə baş verən yanğın hadisəsi ilə bağlı dəstək göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirən C.Bağçı Azərbaycan dövlətinin və xalqının ilk dəqiqələrdən etibarən Türkiyənin acısını paylaşaraq, dəstəklərini ifadə etmələrinin bir daha ölkələrimiz arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir çıxışında Azərbaycanda qadının statusu, ona verilən dəyər, qadınların təhsildə, sənətdə, gündəlik həyatda rolunun son dərəcə böyük olduğunu xüsusi qeyd edərək, bu sahədə təcrübənin çox yüksək olduğunu vurğulayıb və ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkib. O, müəyyən imkanlar daxilində qadın və uşaq məsələləri ilə bağlı, xüsusilə də şəhid və qazi ailələrindən olan uşaqlara yönəlik layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə edib.

Görüş zamanı tərəflər bir-birilərinə simvolik hədiyyə təqdim ediblər.

Sonda xatirə fotosu çəkdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM