09:47 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkdilli ölkələr arasındakı əlaqələr iqtisadi inkişafa səmtlənib

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 21.09.2021

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi yazıda türkdilli ölkələrin iqtisadiyyatında Azərbaycanın tutduğu mövqə və əldə etdiyi uğurlar geniş araşdırılmışdır. Mərkəzin təhlilçisi Amina Bayramova öncə türk xalqları arasındakı yaxınlığın mənəvi, mədəni, eləcə də ticari və iqtisadi əlaqələrlə bağlı olduğunu qeyd edir.

Bildirir ki, Mərkəzi Asiyadan Anadoluyacan mühüm geosiyasi mövqedə yerləşən və zəngin sərvətlərə malik Türkiyə, Azərbaycan, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Özbəkistan əsas iqtisadi göstəricilərinə görə bir-birindən fərqlənsələr də, 1991-ci ildən başlayaraq qarşılıqlı əlaqələrin dərinləşməsinə səmt götürüblər. 2009-cu ildə bu dövlətlərin imzaladığı Naxçıvan Sazişində əsası qoyulan Türk Şurası çərçivəsində siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq bu gün də davam edir.

Bu baxımdan getdikcə genişlənən ticarət əlaqələri daha çox diqqət çəkir. Faktlara nəzər salaq: 2010-cu ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində türkdilli ölkələrin payı 5,6 faiz idisə, 2020-ci ildə bu rəqəm 18,4 faizə yüksəlmişdir. 2020-ci ildə Azərbaycanın türkdilli ölkələrdən idxal etdiyi məhsulların dəyəri 1,83 milyard, ixrac məhsullarının dəyəri 2,67 milyard dollar olmaqla ümumi ticarət dövriyyəsinin dəyəri 4,5 milyard dollar təşkil etmişdir. Azərbaycanın türkdilli ölkələrdən idxalı son 10 il ərzində 14,1 faizlə 19,7 faiz arasında dəyişmişdir. Ötən il bu göstərici 17,1 faiz olmuşdur.

Azərbaycanın ümumi ixracında türkdilli ölkələrin payı 2010-2020-ci illərdə 2,2 faizdən 19,4 faizə yüksəlmişdir. Təkcə ötən il ixrac edilən emal olunmamış qoyun və quzu dərilərinin 100, qara metallardan yarımfabrikatların 96,79, pambıq lifinin 92,9, təbii qazın 79,6, şəkərin 75,64, emal olunmamış alüminiumun 71,77, pambıq parça ipliyinin 60,82 faizi türkdilli ölkələrin payına düşmüşdür. Son illər həmin ölkələrə ixrac olunan meyvə və tərəvəzin, makaron məmulatlarının, meyvə və tərəvəz konservlərinin, bentonit gilinin, təbii qazın, elektrik enerjisinin, atsiklik spirtlər və onların törəmələrinin, etilen polimerlərinin, pambıq lifinin miqdarında artım müşahidə edilir. Ümumilikdə 2009-2019-cu illərdə türkdilli ölkələrin ticarət dövriyyəsində idxal ixracı üstələsə də, Azərbaycanda saldo müsbət olmuşdur.

Bununla belə türkdilli ölkələrlə birlikdə ixrac imkanlarının artırılması istiqamətində fəal iş gedir. Bu müstəvidə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkiyənin Odalar və Borsalar Birliyi, habelə türkdilli dövlətlərin Zirvə görüşləri, ölkələrimizin sahibkarları və agentliklərinin iştirakı ilə həyata keçirilən biznes-forumlar, işgüzar səfərlər və ticarət missiyaları bu əməkdaşlığı gücləndirir.

Araşdırmada həmçinin qeyd edilir ki, hazırlanmış “Türk baxışı 2040” strategiya sənədi türk dünyasının gələcəyini, qarşılıqlı əməkdaşlığı, iqtisadiyyat başda olmaqla bütün sahələrdə inteqrasiyanı möhkəmləndirəcək. Bununla belə ticarətin genişləndirilməsi üçün kiçik və orta biznesin dəstəklənməsi, qanunvericilik və hüquqi bazanın təkmilləşdirilməsi, sənaye və işgüzar aktivliyin stimullaşdırılması istiqamətlərində işlər görülməlidir. Qazaxıstan ilə hər iki ölkənin bazarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi istiqamətində isə tədbirlər həyata keçirilir. Türk dünyası ilə ticarətin artırılması istiqamətində digər mühüm tədbir cari il martın 1-dən qüvvəyə minən Preferensial Ticarət Sazişidir. Bu sazişlə Türkiyə və Azərbaycan üzrə 15 adda məhsulun tarifi azalacaq.

Bundan başqa, Azərbaycanın türkdilli ölkələrdə ticarət nümayəndəliklərinin təsis edilməsi ölkələrimiz arasında ticarət əməliyyatlarının daha səmərəli və çevik həyata keçirilməsini təmin edir. Yeri gəlmişkən qeyd edək ki, bu il Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycanın Ticarət Evi açılmışdır. Yaxın vaxtlarda isə Aktauda və Almatı şəhərlərində Ticarət Evinin filiallarının açılması gözlənilir. Bundan əlavə, Azərbaycanın İstanbulda da ticarət nümayəndəliyinin təsis edilməsi istiqamətində işlər aparılır. Ümumiyyətlə, Ticarət evlərinin və nümayəndəliklərinin açılması ölkələr arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün əhəmiyyətli platforma rolunu oynayır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM