16 Noyabr 2021 00:20
2247
SİYASƏT
A- A+

Türk dünyasının Zəfər Komandanı

 

“1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər.  Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya  layihələrinin  həyata keçirilməsi ilə biz bu coğrafiyanı  yenidən bağlayırıq,  birləşdiririk və ümid edirəm ki,  buna sona qədər müvəffəq olacağıq”.

 

İlham ƏLİYEV

 

“Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

 

Rəcəb  Tayyib  ƏRDOĞAN

 

 

Dünya həmişə güclülərin dünyası olub!

Çünki güclülər öz iradələrini başqalarına qəbul etdirə, istəklərini həyata keçirə biliblər!

Açıq və dolayı yollarla!

Əgər Orta əsrlərdə bu istəklər qol gücünə və qılınc vasitəsilə gerçəkləşdirilirdisə, sivil dünyada daha çox məkrli üsullardan istifadə olunur.

Gah xaç yürüşləri başlanır, gah faşistlər hakimiyyətə gələrək öz ideyalarını zorla yayırlar, gah kommunistlər “xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi” adı ilə “kiçik qardaşları” istismar edərək, təbii sərvətlərini mənimsəyirlər. Bu gün isə ölkələrə “demokratiya gətirmək” üçün rəngli inqilablar törədir, şəhər və kəndləri viran qoyaraq əhalisini miqranta çevirirlər.

Belə bəlalardan qorunmaq, milli sərvətlərinə sahib çıxıb xalqını təhlükəsiz, xoşbəxt və firavan yaşatmaq üçün güclü və ağıllı olmalısan!

Deyilənlərin ilkin şərti isə dövlətə müdrik, uzaqgörən, qətiyyətli və möhkəm iradəli şəxsiyyətlərin rəhbərlik etməsidir.

Başqa sözlə, dövlət gəmisinin sükanı güclü və etibarlı əllərdə olmalıdır!

***

Müasir dünyamızda gedən məkrli və ziddiyyətli proseslər artıq hamıda belə bir möhkəm qənaət yaradıb:

Güclülər qarşısında duruş gətirmək, gücə qalib gəlmək üçün özün də güclü olmalısan!

Artıq beynəlxalq hüquqa əhəmiyyət verən, ədalət axtaran və onu təmin edən yoxdur!

Xoşbəxtlikdən İlham Əliyev Azərbaycanı gücləndirə bildi!

Tarixin ən güclü, qüdrətli Azərbaycanını yaratdı!

Həm də bütün parametrlər üzrə: iqtisadi, siyasi, hərbi və mənəvi cəhətdən!

O da bir həqiqətdir ki, bütün gücün əsasında iqtisadi güc dayanır!

Çünki iqtisadi güc səni asılılıqdan, başqalarına möhtac olmaqdan qoruyur!

İqtisadi müstəqillik həm də müstəqil siyasət yürütməyə imkan yaradır!

Dövlətinin maraqlarını qorumağa, təmin etməyə əsas verir!

İqtisadi güc sənə ləyaqətli dövlətlər sırasında yer tutmağa şərait yaradır!

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi on səkkiz il ərzində bütün bunlara nail oldu.

Müstəqil Azərbaycanın və tərəfdaşlarının maraqlarını təmin edən beynəlxalq layihələrin təşəbbüsçüsü və icraçısı oldu!

Bu layihələr Azərbaycana təkcə pul qazandırmadı, dostlarının, haqq işini müdafiə edənlərinin də sayını artırdı!

***

Prezident İlham Əliyev Azərbaycanı dünya birliyinə müasir, demokratik dövlət kimi də tanıtdırmağı bacardı.

Hücum diplomatiyasını tətbiq etdi, beynəlxalq qurum və təşkilatlarda ardıcıl səmərəli və məqsədyönlü iş apardı!

Azərbaycan bütün bədxahlarına tutarlı cavablar verərək öz həqiqətlərini yaydı, haqlı olduğuna, təcavüzə məruz qaldığına dünyanı inandırdı!

Neft kapitalının insan kapitalına çevrilməsi təşəbbüsünü irəli sürərək yeni - savadlı, vətənpərvər və ağıllı gənc nəsil tərbiyələndirdi, onları doğru istiqamətə yönləndirdi.

Milli Olimpiya Komitəsinin Prezidenti olaraq Azərbaycan gəncində özünəinam, dövlət bayrağına və himninə məhəbbət hissləri aşıladı, onların iştirakı ilə ən yeni silahlarla, taktika və strategiya ilə silahlanmış qüdrətli ordu yaratdı!

Elə bir ordu ki, 44 gün ərzində düşmən ordusunu məhv edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi!

***

Əslində, cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən işğal altındakı torpaqları necə azad edəcəyi barədə düşünürdü.

Bu yolda nə mümkündürsə, hamısını etdi!

Hətta mümkün olmayanları da etdi!

44 günlük Zəfər müharibəsində təkcə Ermənistana, dünya erməniliyinə deyil, Ermənistanın dostlarına və havadarlarına da qalib gəldi!

Hərbi əməliyyatlar dövründə özü 3 cəbhədə - hərb meydanında, diplomatiya və informasiya müharibəsində qəhrəmanlıqla çarpışaraq hər üçünün qalibi oldu!

Buna qədər Vətən müharibəsinə böyük müdriklik və uzaqgörənliklə zəruri olan bütün hazırlıq işlərini də ən yüksək səviyyədə gördü!

Torpaqların sülh yolu ilə qaytarılması danışıqlarında prinsipiallıqla, Azərbaycan xalqının maraqlarını qətiyyətlə müdafiə edərək, diplomatiya sahəsində məharətlə, səmərəli çalışmaqla dəyişməz mövqeyini də açıq şəkildə ortaya qoydu:

* Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç zaman olmayacaqdır;

* Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcəkdir;

* Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!

İlham Əliyev həlledici müharibəyə iqtisadi cəhətdən, dövləti gücləndirməklə hazırlaşdı:

* Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin etdi;

* Ordunu ən müasir silahlarla silahlandırdı;

* Xalqın milli birliyini yaratdı;

* Möhkəm və kifayət qədər valyuta ehtiyatı gördü;

* Düşmənin səhvlərindən və bacarıqsızlığından məharətlə istifadə etdi!

***

İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə qazanılan möhtəşəm qələbə bütövlükdə həm də türk dünyasının qələbəsidir!

Kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması, beləliklə, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunun bərpası nəzərdə tutulur.

Və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev birlikdə yeni açılan yolun təməlini də qoydular!

Mahiyyətcə bu, türk dövlətlərinin qəsdən, məqsədyönlü şəkildə bir-birilərindən ayrı salınması, əlaqələrinin zəifləməsi və soyuması siyasətinə son qoyulması deməkdir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki Zəfəri ilə baş tutan bu birləşmə qələbəmizin miqyas və möhtəşəmliyini daha da artırır.

Bu hadisəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox yüksək, həqiqi qiymətini vermişdir:

* “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

* “Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”.

*“Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir”.

***

Azərbaycan Prezidenti cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi onun təkcə Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinə və möhtəşəm Zəfərə görə deyil, həm də türk dövlətlərinin bir əsr əvvəl məkrli şəkildə pozulmuş coğrafi əlaqələrinin yenidən bərpasına yaratdığı real təminata görədir!

Bu gün Azərbaycan xalqı ilə birlikdə bütün türk dünyası da İlham Əliyevlə fəxr edir, onun gördüyü işlərin dəyərini və əzəmətini yüksək qiymətləndirir!

İlham Əliyev əziz dostu və qardaşı Rəcəb Tayyib Ərdoğanla birlikdə türkdilli dövlətlərin birliyinin yaranması və inkişafı, üzvlərinin sayının artması sahəsində böyük işlər görmüşlər.

Bütün bunlar şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinə, habelə əməkdaşlığın sıxlaşdırılmasına və əlaqələrin möhkəmləndirilməsinə mühüm təsir göstərmişdir.

Zaman özü türkdilli dövlətlərin birləşməsini, əlbir və əlaqəli fəaliyyət göstərməsini tələb edir!

Çox şadıq ki, zamanın, dövrün bu tələbinin reallaşmasına ən böyük töhfəni türk dünyasının fəxri, Azərbaycan xalqının müdrik və uzaqgörən rəhbəri İlham Əliyev vermişdir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video