12 Sentyabr 2021 19:05
984
Mədəniyyət
A- A+

Türk dünyasının solistləri İzmirdə möhtəşəm konsert proqramına qatılıblar  

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə İzmir şəhərində möhtəşəm konsert proqramı gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən solistlər TÜRKSOY-un Gənclər xoru, İzmir Dövlət Opera və Balet xoru və “Əl-ələ” Musiqi Simfonik Orkestrinin müşayiətilə gözəl musiqi nömrələri ifa ediblər.

Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Mədəniyyət zirvəsinin bağlanış mərasimində tamaşaçılar qarşısına çıxan türkdilli ölkələrin sənətçiləri ifaya “Yunus Əmrə və Türkcə ili” çərçivəsində Ahmet Adnan Saygunun “Yunus Əmrə” oratoriyasından bir bölümlə başlayıblar.

Azərbaycandan konsertdə vokalçı Çinarə Şirinova təmsil edib.

TÜRKSOY Baş katibi Düsen Kaseinov konsertlə bağlı açıqlamasında vurğulayıb ki, zəngin mədəniyyət proqramları ilə Yunus Əmrənin humanizmini və ümumdünya tolerantlıq mesajlarını gələcək nəsillərə çatdırırıq.

Qeyd edək ki, pandemiya səbəbindən çıxışlarına bir müddət ara verən TÜRKSOY-un Gənclər xoru Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində qastrol səfərində olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video