Turizm Şurasının yaradılması turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bu günün təsis olunması dövlət tərəfindən turizm sənayesinə və bu sahədə çalışan insanlara böyük diqqətin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 27-də keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycanın dünya turizm bazarındakı mövqeyindən söz açan nazir qeyd edib ki, ölkəmizin turizm sənayesinin inkişafı dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlarının üzvüdür. Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Ə.Qarayev bildirib ki, turizmin qeyri-neft sənayesində özünəməxsus yer tutması ölkəmizdə bu sahənin yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Bu sahə artıq dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Turizm bir sıra sahələri əhatə edir. Bu sahələrin inkişafı üçün dövlət strukturları birgə çalışmalıdır. Biz, artıq dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. Proses davam edir. Yarım ilin statistikasına görə viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayı 8 dəfə çoxalıb. Digər ölkələrdən də gələn turistlərin artmasında da maraqlıyıq. Azərbaycanda başqa bir yenilik - “Taxifree” sistemi tətbiq olunur. Bu sistemin tətbiqi müsbət nəticə verib.
Nazir vurğulayıb ki, turizmin keyfiyyətinin təkmilləşdirilməsi əsas istiqamətlərdəndir. Turizm Şurasının yaradılması da turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Şoppinq festivallarının keçirilməsi ilə bağlı məsələyə toxunan nazir deyib: “Bakıda bu festivalların keçirilməsi üçün hər cür şərait yaradılıb. Belə festivalların keçirilməsi ölkənin daxili maliyyə dövriyyəsinə güclü təkan verəcək. Biz təkliflər hazırlamışıq və aidiyyatı qurumlara təqdim etmişik. Bu festivalları 10-15 gün müddətində iki dəfə keçirməyi düşünürük.”
Turizm sahəsində peşə məktəblərinin artırılmasının vacibliyindən də danışan nazir qeyd edib ki, bu gün turizm sənayesində 30 min işçi çalışır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayı
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində mara...
24 Aprel
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasim...
24 Aprel
Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib
24 Aprel
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
24 Aprel
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yek...
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!