29 Sentyabr 2011 06:09
502
Mədəniyyət
A- A+

«Turbo Pascal və Delphi-də proqramlaşdırma» kitabı nəşr olunmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun böyük elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Kəbirə Mirzəyevanın "Turbo Pascal və Delphi-də proqramlaşdırma" kitabı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ələkbər Əliyevin elmi redaktor olduğu metodik vəsait ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, texnikum və ali məktəb tələbələri, fərdi kompyuter sahibləri üçün nəzərdə tutulmuşdur.

Nəşrdə Turbo Pascal və Delphi proqramlaşdırma dillərindən, bu dillərin operator, prosedura və funksiyalarından bəhs olunmuş, materialların anlaşıqlı olması üçün proqramlar tərtib olunmuş, şəkil və layihələr, forma üzərinə yerləşdirilən komponentlər göstərilmişdir.

Vəsait həmçinin aspirant və elmi işçilərin proqramlaşdırma ilə tanışlığı üçün əhəmiyyətli vasitədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video