26 Oktyabr 2011 04:10
334
DÜNYA
A- A+

Tunisdə keçirilən seçkilərdə islamçılar qələbə qazandı

 

Tunisdə keçirilmiş Müəssislər Məclisinə seçkilərdə mötədil islamçı "Dirçəliş" Partiyası qələbə qazandığını elan etmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Partiya nümayəndələrinin dediyinə görə, onlar seçkilərdə 30 faizdən çox səs qazanmışlar.

"Dirçəliş" Partiyasının əsas rəqibi hesab olunan Mərkəzçi Mütərəqqi Demokrat Partiyası öz məğlubiyyətini etiraf etmişdir. Partiyanın nümayəndələri qalibləri təbrik etdikdən sonra müxalifətə keçdiklərini bildirmişlər. Səsvermənin rəsmi nəticələri bir müddət sonra elan olunacaq. Lakin səslərin hesablanması seçkilərin yekun nəticəsinə təsir göstərməməlidir. Ümumilikdə seçkilərdə 100-dən çox siyasi partiya, habelə müstəqil namizədlər iştirak etmişlər.

Müəssislər Məclisinə seçkilər 20 ildən artıq hakimiyyətdə olmuş ölkə Prezidenti Zeynalabdin ben Əlinin devrilməsindən doqquz ay sonra keçirilmişdir.

Müəssislər Məclisinin tərkibinə 217 nümayəndə daxil olacaq. Onlar yeni konstitusiya hazırlamalı, habelə ölkənin müvəqqəti prezidentini təyin etməli və hökuməti formalaşdırmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video