08:31 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tovuzda üzümçülüyə maraq yenidən artır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 16.09.2021

 

Ötən əsrin 70-ci illərində Azərbaycanda üzümçülüyün inkişafı sahəsində qazanılan uğurlarda Tovuz rayonunun da payı olub. Həmin vaxtlar rayonda 10 min hektar üzüm bağı mövcud idi. Son statistik məlumata görə, həmin bağlardan 120 min ton məhsul götürülmüşdür. Rayonda həmçinin 12 şərab zavodu fəaliyyət göstərmişdir və həmin zavodlarda istehsal edilən şərablar keçmiş sovetlər birliyinin bütün respublikalarına göndərilirdi.

Təəssüflər ki, 90-cı illərin əvvəllərində digər sahələr kimi üzümçülüyə də ögey münasibət bəsləndi və nəticədə bağlar tədricən məhv edildi. Bu gün isə vəziyyət tamam fərqlidir. Dövlət başçısının üzümçülüyün inkişafına dair imzaladığı sərəncamlar, eləcə də bu sahə üzrə görülən digər tədbirlər üzümçülüyün dirçəlməsini təmin etmişdir.

Üzümçülüyün bərpası və inkişafı istiqamətində Tovuzda da işlər görülür. Təsərrüfat sahiblərinə yaradılan şərait sayəsində rayonda yeni üzüm bağları salınmış, mövcud plantasiyaların sahəsi genişləndirilmişdir. Onu da qeyd edək ki, salınan yeni üzüm bağlarına lazım olan tinglər elə rayonun özündə yetişdirilir.

Bu işlə 11 fiziki və hüquqi şəxs məşğul olur. Onlardan biri də Aşağı Quşçu kənd sakini Cavad İmamverdiyevdir. O, müxtəlif bölgələrdən gətirdiyi üzüm sortlarını calaq edərək yeni məhsuldar sortlar yetişdirir. Mütəxəssis indiyəcən “Alfonsa”, “Şalfey”, “Melored”, “Moldovan” kimi məhsuldar üzüm sortları əldə etmişdir.

Hazırda Tovuzda 808 hektar üzüm bağı var və onun 14,5 hektarı bu il salınıb. 668 hektarı süfrə, 140 hektarı texniki sort olan bağlarda bu il də bol məhsul yetişdirilmişdir. Artıq plantasiyalardan 500 tondan çox məhsul yığılmışdır.

Tovuzda elə kəndlər var ki, istehsal etdikləri məhsulun həcminə görə əvvəlki illəri xeyli qabaqlayırlar. Aşağı Quşçu, Düz Qırıxlı, Dondar Quşçu, Aşağı Mülkülü, Dönük Qırıxlı və digər kəndlərdə hər il bol məhsul yetişdirilir. Ən çox üzüm bağı isə Aşağı Quşçu kəndi ərazisindədir. Burada 500 hektara yaxın üzüm bağı var. Qovlar şəhərində, Aşağı Quşçu və İbrahimhacılı kəndlərində fəaliyyət göstərən fermerlər isə yetişdirilmiş üzümdən şərab da istehsal edirlər.

Ümumiyyətlə, son illər tovuzlular üzümçülüyə böyük maraq göstərirlər. Aşağı Quşçu kəndinin sakini İsmayıl Hüseynov hər il üzüm bağlarının sahəsini genişləndirir. Hazırda onun 5 hektar üzüm bağı var. Bağların əsas hissəsini “Moldova” və “Mişel”, bir hissəsini isə “Kişmiş” üzüm sortları təşkil edir. 20 nəfəri işlə təmin etmiş təsərrüfat sahibi yığılmış üzümün bir hissəsini qış mövsümünə saxlamaq üçün 200 tonluq soyuducu anbar da inşa etdirib. Artıq yetişdirilmiş məhsulun yarıdan çoxu toplanaraq soyuduculara yığılıb.

Aşağı Quşçu kəndinin digər sakini Elqam Tağıyev isə əsasən “Tayfu” və “Bolqar” üzüm sortları əkib. Hazırda bağda 20 nəfər üzüm yığımı ilə məşğuldur. Yığılmış məhsul müasir avadanlıqlarla təmin edilmiş 160 tonluq soyuducu anbara vurulur.

Çingiz Məhərrəmovun bağında isə əsasən texniki üzüm sortlarıdır. 8 hektar bağdan hər il yüksək məhsul götürən fermer məhsullarını şərab istehsalı üçün qəbul məntəqəsinə təhvil verir.

Hazırda Tovuzda yeni üzüm bağlarının salınmasına hazırlıq görülür. Təsərrüfat sahibləri daha çox yerli sortlara üstünlük verirlər. Bunun əsas səbəbi həmin sortların yerli iqlimə uyğun və maya dəyərinin ucuz olmasıdır.

 

 Sabir ƏLİYEV,

 “Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM