04 Mart 2020 15:39
2194
Səfərlər
A- A+

Tovuzda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi açılıb Prezident İlham Əliyev açılışda iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

AZƏRTACxəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirdi.

Mədəniyyət Nazirliyinin əməkdaşıAzadə Hüseynovadedi: Bunlar işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələridir.

Prezident İlham Əliyev:Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, "Dilizhan” yox, "Dilican”. "Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız "Goycha Iake”, amma burada da yazılıb "Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. "Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video