29 Sentyabr 2014 01:09
411
Elm və texnika
A- A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Gəncədə beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (AMEA) bir qrup əməkdaşı Gəncədə “Müasir aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak edib.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AzərTAc-a bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illiyinə həsr edilmiş konfransda institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov plenar sessiyada məruzə ilə çıxış edib.
Konfransda, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndələri məruzə və əlaqəli mövzular ətrafında İsveç Həyat Elmləri və Türkiyə Firat universitetlərinin əməkdaşları ilə fikir mübadiləsi aparıblar. Gələcəkdə bu elm müəssisələri ilə mümkün birgə layihələrin həyata keçirilməsi barədə müzakirələrin aparılması planlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video