22:47 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər olunacaq
ANA SƏHİFƏ / PARLAMENT
02:03 31.03.2012

 

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər olunacaq. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında məlumat verilib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi qanunlar paketində ümumilikdə 14 qanuna əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bunlardan dördünə - Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" qanunlara məhz aqrar komitədə baxılacaq.

Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Şahmərdan Kərimov qanunlara təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. Şahmərdan Kərimov deyib ki, torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər bundan sonra "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun ilə tənzimlənəcək. Hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması şərtləri və halları Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna əsasən müəyyən ediləcək. Torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda, onun əvəzinə icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi verilə bilər. Eyni zamanda, icarəçilər tərəfindən həmin sahələrə çəkilmiş xərclər də qanunvericilikdə müəyyən olunmuş qaydada ödəniləcək.

İclasda deputatlardan Ərəstun Cavadov, Eldar Quliyev və Arif Əşrəfov qanun layihələri ilə bağlı təkliflərini bildiriblər.

Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM