14:50 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tokio Paralimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 100-ü ötüb

ANA SƏHİFƏ / İDMAN
14:08 21.08.2021

Avqustun 24-də başlayacaq Tokio Paralimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 100-ü ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tokio Yay Paralimpiya Oyunlarının saytında yerləşdirilən hesabatda bildirilib. Qeyd edilib ki, avqustun 21-nə olan məlumata görə yarışlarla əlaqəli şəxslər arasında COVID-19-a yoluxanların sayı 101 nəfərə çatıb.

Qeyd edək ki, Oyunların təşkilatçıları bu statistikanı avqustun 12-dən aparmağa başlayıblar. Müqavilə əsasında yarışların təşkili üçün işə götürülənlərin (67 nəfər) yoluxanlar arasında üstünlük təşkil etdiyi bildirilir. Bu günədək ən çox yoluxma halı isə avqustun 18-də qeydə alınıb. Həmin gün təşkilatçılar 18 nəfərin virusa yoluxduğunu aşkar ediblər.

Yaponiyada son həftə ərzində fasiləsiz olaraq yoluxma sayının artması qeydə alınıb. Avqustun 20-də ölkədə koronavirusa yoluxanların sayı 25 min 876 nəfər təşkil edib. Pandemiyanın yayılmasının qarşısını almaq üçün hökumət fövqəladə vəziyyət rejiminin həm əhatə dairəsini, həm də müddətini artırıb.

Buna görə də, avqustun 24-dən sentyabrın 5-dək təşkil ediləcək XVI Yay Paralimpiya Oyunlarına tamaşaçıların buraxılmaması qərara alınıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM