27 Avqust 2021 21:09
603
İDMAN
A- A+

“Tokio-2020”: Medal sıralamasında Azərbaycan onuncu pillədə yer alıb

Avqustun 27-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının üçüncü günündə 50 ölkənin idmançıları medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 19 qızıl, 10 gümüş və 14 bürünc medal qazanıblar. İkinci pillədə 9 qızıl, 10 gümüş və 9 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 9 qızıl, 7 gümüş və 10 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

Avstraliya 7 qızıl, 4 gümüş, 8 bürünc medalla dördüncü, ABŞ isə 6 qızıl, 5 gümüş və 1 bürünc medalla beşincidir. Digər pillələrdə Braziliya (6-4-7), Niderland (5-4-3), İtaliya (4-5-4) və Ukrayna (3-16-6) qərarlaşıblar.

İlk onluğu Azərbaycan komandası 3 qızıl və 2 bürünc medalla qapayıb. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video