Tibbi müayinənin əhəmiyyəti böyük imiş...
Doğma ata-baba yurdumuzdan didərgin düşəndən bəri min bir əziyyət çəkdik. Dövlətin diqqəti, himayəsi sayəsində ağrı-acımız bir qədər səngidi, toxtadıq, gələcəyə ümid və inamla baxmağa başladıq. Sosial-məişət qayğılarımız da əsasən həllini tapıb.
İndi müasir qəsəbədə yaşayırıq. Burada məktəb, uşaq bağçası, poçt, tibb məntəqəsi fəaliyyət göstərir. Bir sözə, normal həyat üçün zəruri şərait yaradılıb.
Dövlət başçısının tapşırığı ilə ölkədə aparılan tibbi müayinə kampaniyası bizi - məcburi köçkün ailələrini də əhatə edib. Gəncənin tibb işçiləri qəsəbəmizə gələrək sakinlərin müayinəsini burada apardılar. Müayinə məntəqəsinə gələ bilməyən sakinlərə evlərində xidmət göstərdilər.
Ara-sıra sinəmdə ağrılar olurdu - düşünürdüm ki, keçib gedər. Nə yaxşı ki, bu tibbi müayinə keçirildi. Sağ olsunlar, çox diqqətlə müayinə edib müalicə kursu yazdılar. Məlum oldu ki, ürəyimdə müəyyən problemlər yaranmaqdaymış. Vaxtında üzə çıxarıldı. Təyin olunan müalicə sayəsində tezliklə sağlamlığıma qovuşacağımı bildirdilər.
Hörmətli redaksiya! Qəzetiniz vasitəsilə bizə göstərilən bu qayğıya görə qaçqın və məcburi köçkün ailələri adından dövlət başçısına minnətdarlığımızı bildirmək istəyirik. Biz bu maddi-mənəvi dəstək hesabına həyatda qaldıq, bu qayğı sayəsində də gələcəyə nikbin baxırıq.
Kamal MƏMMƏDOV,
Gəncədə məskunlaşmış Xocalı sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!