29 Dekabr 2020 14:38
1194
Elm və texnika
A- A+

“Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı çapdan çıxıb


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab görkəmli ədəbiyyatşünas alim və publisist, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə töhfə olaraq çap edilib. "Sənətkarın elmi pasportu seriyası”nın 17-ci nəşri olan "Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı institutun Elmi şurasının qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Rəhim Əliyevdir.

Monoqrafiyada professor Teymur Əhmədovun həyatı və mühitinə, elmi və bədii yaradıcılığına ümumi nəzər yetirilib. Tədqiqatın birinci, ikinci, üçüncü və dördüncü fəsillərində görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dramaturgiya və nəsri, publisistikası və ədəbi-tənqidi görüşlərinə elmi-nəzəri baxış ifadə olunub. Beşinci fəsildə Teymur Əhmədov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı kimi diqqət obyektinə çəkilib. Monoqrafiyada onun milli mətbuat tarixi və jurnalistika sahəsində fəaliyyətindən də bəhs olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video